SEPAH: ABŞ hərbi gəmiləri İran sahillərindən 1000 kilometrdən çox uzaqlaşıb

1 Min Read
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü vitse-admiral Əli Fədəvi “Press TV” telekanalına müsahibəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin İran sərhədlərindən 1000 kilometrdən çox geriyə çəkildiyini bəyan edib.
Fədəvinin sözlərinə görə, Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi və Hind okeanının şimalında hazırda heç bir Amerika hərbi gəmisi qalmayıb: “Amerikalıların geri çəkilməsi onların öz seçimi olmayıb, İslam Respublikasının və SEPAH-ın hərbi gücü sayəsində baş verib”. O, həmçinin ABŞ gəmilərinin SEPAH-ın raket zərbələri qarşısında tamamilə müdafiəsiz olduğunu iddia edib.
Qeyd edək ki, SEPAH rəsmisinin bu bəyanatı ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası fonunda səslənib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bir qədər əvvəl bildirmişdi ki, iyul ayından bəri blokada çərçivəsində İran limanlarına daxil olmağa və ya oradan çıxmağa cəhd edən 125 ticarət gəmisi saxlanılıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş