Gəmilərin hərəkətini izləyən “TankerTrackers.com” platformasının peyk görüntülərinə əsasən, Oman körfəzində bir gün ərzində ən azı 19 tanker arasında gəmidən gəmiyə (STS) neft və enerji məhsullarının ötürülməsi həyata keçirilib.
Aşkarlanan daşınmaların strukturu aşağıdakı kimidir:
-
Xam neft: 11 daşınma
-
Mayeləşdirilmiş təbii qaz (LNG): 2 daşınma
-
Emal olunmuş neft məhsulları (benzin və dizel): 6 daşınma
Ekspertlər bildirirlər ki, regionda davam edən hərbi münaqişəyə, habelə ABŞ və İranın tətbiq etdiyi dəniz blokadalara baxmayaraq, Yaxın Şərqdən neft ixracının davam etməsinin əsas səbəbi məhz gəmidən gəmiyə daşınma əməliyyatlarının kəskin artmasıdır. Bu mexanizm çərçivəsində tankerlər Hörmüz boğazı vasitəsilə mütəmadi gediş-gəliş edərək xam nefti Oman körfəzində gözləyən digər gəmilərə boşaldır və böyük risklərdən yayınırlar.
İzmedia.az
![]()

