Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən Vətən Qalxanı Qüvvələri Taiz əyalətinin Əl-Vəziyyə cəbhəsində husi döyüşçülərinə qarşı pilotsuz uçuş aparatı ilə dəqiq zərbə endirildiyini açıqlayıb.
İran tərəfindən dəstəklənən husilərə qarşı döyüşən Vətən Qalxanı Qüvvələri qərb sahilindəki Birgə Qüvvələr, Təcili Yardım Qüvvələri və Cənub Nəhəngləri Briqadası ilə birlikdə hökumətyönlü əsas hərbi birləşmələrdən biridir. Bab əl-Məndəb boğazına yaxınlığı ilə strateji əhəmiyyət kəsb edən Taiz əyalətində hökumət qüvvələri Taiz şəhər mərkəzinə nəzarət etdiyi halda, husilər şimal istiqamətindəki ətraf ərazilərdə öz mövqelərini qoruyub saxlayırlar.
İzmedia.az
![]()

