ABŞ Prezidenti Donald Tramp Merilend ştatının Baltimor şəhərindəki çıxışı zamanı Ukraynada davam edən hərbi əməliyyatların “kifayət qədər tezliklə” yekunlaşacağını bəyan edib. Ağ Evin yaydığı videoda Amerika lideri ikinci prezidentlik müddətinin başlanmasından bəri artıq səkkiz münaqişəni dayandırdığını, Rusiya-Ukrayna müharibəsinin də analoji şəkildə sona yaxınlaşdığını vurğulayıb. Tramp hər gün çoxlu sayda insanın həyatını itirməsini absürd adlandıraraq, diplomatik səylərin intensiv davam etdirildiyini diqqətə çatdırıb.
Məlumata görə, oktyabr ayı ərzində Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. “The Atlantic” nəşrinin məlumatına görə, Vaşinqton tərəflərlə “energetika barışığı”nı müzakirə etməyi və dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Tramp, Zelenski və Putin arasında üçtərəfli görüş təşkil etməyi hədəfləyir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da amerikan nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskvaya gözlənilən səfəri zamanı müharibənin dayandırılması şərtlərinin nəzərdən keçiriləcəyini təsdiqləyib.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov sülh danışıqlarında irəliləyişin olduğunu və məsələnin həllinin çox uzanmayacağını bildirsə də, Moskva tərəfi bu nikbinliyi hələlik bölüşmədiyini və danışıqlarda hələ ki real irəliləyişin qeydə alınmadığını bəyan edib.
İzmedia.az
![]()

