Avropa Parlamenti oktyabrın 8-də keçirilən plenar iclasında Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ölkədəki müxalifət siyasi təşkilatlarının fəaliyyətini qadağan etmək cəhdlərini kəskin pisləyən xüsusi qətnaməni təsdiqləyib. Keçirilən səsvermədə sənədin lehinə 445, əleyhinə 37 deputat səs verib, 97 nəfər isə bitərəf qalıb.
Qətnamə mətfində müxalifət birliklərinin sıxışdırılması və onların leqallaşmasının ləğvi yönündə atılan adımlar demokratik prinsiplərə zidd qiymətləndirilib, eyni zamanda Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinin dərhal geri götürülməsi tələb olunub. Bununla yanaşı, Avropa Parlamenti Avropa İttifaqı rəhbərliyini və üzv dövlətləri “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Parlament sədri Şalva Papuaşvili və Tbilisi mer Kaxa Kaladze daxil olmaqla əsas siyasi simalara qarşı hədəfli sanksiyalar tətbiq etməyə çağırıb.
İzmedia.az
![]()

