İranın Vitse-prezidenti və Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ölkəsinin uranın zənginləşdirilməsi prosesindən imtina etmək və ya artıq zənginləşdirilmiş uranı üçüncü tərəfə təhvil vermək niyyətində olmadığını bəyan edib.
İranın SNN televiziya kanalının məlumatına görə, qurum rəhbəri zənginləşdirmə fəaliyyətlərinin nüvə texnologiyalarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, Tehranın bu hüququndan heç bir halda geri çəkilməyəcəyini bildirib. Məhəmməd Eslami eyni zamanda zənginləşdirilmiş uranın ölkə xaricinə köçürülməsi ilə bağlı ehtimalları qətiyyətlə təkzib edib və bunun mümkün olmadığını diqqətə çatdırıb.
İzmedia.az
![]()

