Məhəmməd Muxbar: “Problemlər həll olunmayana qədər Hörmüz boğazı açılmayacaq”

1 Min Read
İslam Respublikasının Ali Liderinin müşaviri Məhəmməd Muxbar İranın üzləşdiyi bütün problemlər tam həll edilənədək Hörmüz boğazından gəmiçilik hərəkətinin bərpa olunmayacağını bəyan edib.
İRNA agentliyinin məlumatına görə, ölkənin üzləşdiyi çətinliklər aradan qaldırılana qədər strateji su yolunun açılmayacağını vurğulayan Muxbar, Tehranın opponentlərinin taktiki addımlarına uyğun olaraq öz strategiyasını çevik şəkildə dəyişdiyini bildiriib. Ali Liderin müşaviri əlavə edib ki, İranın atacağı addımlar şəraitdən asılı olaraq fərqlənə bilsə də, ölkə rəhbərliyi hər zaman dövlətin və xalqın ali maraqlarına uyğun qərarlar qəbul edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş