Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin 8-ci məsləhətləşmə görüşü zamanı regionun tranzit potensialı və nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi barədə mühüm bəyanatlar verib.
Qazaxıstan dövlət başçısı Çini Xəzər dənizi və daha sonra Avropa bazarları ilə birləşdirən Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz”) inkişafına xüsusi önəm verildiyini bildirib. Tokayev qeyd edib ki, Şimal-Cənub dəhlizi də ölkəsi üçün xüsusi aktuallıq kəsb edir və Dünya Bankının qiymətləndirmələrinə əsasən, Rusiya ilə əməkdaşlıq çərçivəsində infrastruktur layihələri tam icra edilərsə, Xəzər dənizi vasitəsilə yük daşımalarının həcmi 2040-cı ilə qədər 4 dəfə artacaq. Qazaxıstan Prezidenti həmçinin “Orta Dəhliz”in TRIPP (“Üç dəniz”) nəqliyyat təşəbbüsü ilə inteqrasiyasının ekspertlər səviyyəsində müzakirə olunmasını təklif edib və bu addımın region ölkələrinin uzunmüddətli maraqlarına cavab verərək mövcud tranzit imkanlarını daha da genişləndirəcəyini vurğulayıb.
İzmedia.az
![]()

