Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya əleyhinə sanksiyalara qoşulmaq qərarına gələcəyi halda “xalqın ruhuna xəyanət etmiş olacağını” bildirib.
Vuçiç “İnformer” telekanalında deyib: “Əgər Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etsəydi, mən dünyanın ən böyük demokratik lideri elan olunardım”. Eyni zamanda o, Belqradın belə bir addımının əhali arasında etirazlara səbəb olmayacağını iddia edib.
O qeyd edib ki, Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi bir sıra imkanların itirilməsinə gətirib çıxarıb. “Amma mən xalqımızın ruhuna xəyanət etmiş olardım”, – deyə Serbiya prezidenti vurğulayıb.
Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra Vuçiç Serbiya Milli Təhlükəsizlik Şurasının iclasından sonra xalqa müraciətində Belqradın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirib. O, həmçinin Serbiyanın Rusiya və Ukraynanı qardaş xalqlar hesab etdiyini və Şərqi Avropadakı hadisələrdən təəssüfləndiyini qeyd edib. Serbiya prezidenti Kiyevə humanitar yardım göstərməyə hazır olduqlarını da əlavə edib.
İzmedia.az
![]()

