İran Prezidenti Məsud Pezeşkyan Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində rəsmi Tehran ilə Birlik ölkələri arasında çoxtərəfli əlaqələri institusional səviyyəyə qaldırmaq məqsədilə “MDB+1” (“CIS+1”) formatının təsis olunmasını təklif edib. İran lideri ilk dəfə dəvət olunduğu MDB dövlət başçılarının geniş tərkibli iclasındakı çıxışında İsalm Respublikasının regionun tarixi, mədəni və coğrafi baxımdan ayrılmaz bir hissəsi olduğunu vurğulayıb.
Pezeşkyanın sözlərinə görə, “MDB + İran” platforması tərəflər arasında dialoq və strateji tərəfdaşlıq üçün çevik və effektiv mexanizmə çevrilə bilər. Yeni formatın tranzit-logistika koridorları, enerji təhlükəsizliyi, ticarət dövriyyəsi, kritik mineral hasilatı, birgə investisiyalar, su resurslarının idarə olunması, ətraf mühitin mühafizəsi və elmi-mədəni mübadilə sahələrində çoxtərəfli layihələrin icrasını sürətləndirəcəyi qeyd olunub.
İzmedia.az
![]()

