NATO İranın hibrid hədələrini və Avropadakı təxribat əməllərini kəskin pisləyib

1 Min Read
NATO alyansına üzv dövlətlər birgə bəyanat yayaraq İranın müttəfiq ölkələrə və tərəfdaşlara qarşı sui-qəsd planları, yanğınlar, təxribatlar, kiberhücumlar və digər hibrid təhdidlərdən istifadə etməsini kəskin şəkildə pisləyib. Sənəddə xüsusilə qeyd olunur ki, NATO müttəfiqləri Böyük Britaniyanın ötən ay ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin yerləşdiyi “Fairford” hava bazasında baş verən təhlükəsizlik pozuntusunun birbaşa İran tərəfindən təşkil edildiyi barədə rəsmi qənaətini tam dəstəkləyir.
Bəyanatda İranın və ya hər hansı digər dövlətin tapşırığı ilə alyans ərazisində düşmənçilik və təxribat fəaliyyəti yürüdən tərəflərə xəbərdarlıq edilib. NATO-nun Baş katibi Mark Rutte məsələ ilə bağlı ayrıca açıqlama verərək müttəfiqlərin vahid mövqeyini alqışlayıb və bildirib ki, alyans üzv ölkələrin bir milyard vətəndaşının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi cavab tədbirlərini görməyə davam edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş