Tramp husilərin Səudiyyə Ərəbistanına hücumlarını kəskin tənqid edib

1 Min Read
ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərin Səudiyyə Ərəbistanının mülki və strateji obyektlərinə qarşı intensivləşən hücumlarını kəskin şəkildə tənqid edib. Jurnalistlərə açıqlama verən Ağ Ev rəhbəri husilərin davranışını qəbuledilməz adlandıraraq, vəziyyətin regional təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb. Tramp, həmçinin son hücumlar və yaranmış gərginliklə bağlı Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı apardığını təsdiqləyib.
Gərginliyin artmasına səbəb husilərin Ər-Riyaddakı Kral Əbdüləziz Beynəlxalq Hava Limanını ardıcıl olaraq hədəf alması olub. Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsinin məlumatına görə, şənbə günü baş verən hücum nəticəsində 13 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Bazar günü keçirilən növbəti hücum zamanı isə iki sərnişin terminalı vurulub, güclü yanğın baş verib, 1 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş