Rusiyanın cari ilin iyul ayında orbitə buraxdığı “Rassvet” kosmik proqramına aid 17 və 23 nömrəli iki rabitə peyki sürətlə hündürlük itirərək atmosferdə yanmaq təhlükəsi ilə üz-üzə qalıb. Ukrayna kəşfiyyatına yaxın mənbələr və “Clash Report” monitorinq resursunun məlumatına görə, hazırda 240–260 km yüksəklikdə olan cihazlar hər gün təxminən 1,6–1,7 km aşağı enir. Təkan-mühərrik sistemlərindəki texniki nasazlıqlar səbəbindən hədəflənən 500–540 km orbitə qalxa bilməyən peyklərin təcili korreksiya edilmədiyi təqdirdə sıradan çıxacağı gözlənilir.
“BYURO 1440” şirkəti tərəfindən hazırlanan və “Starlink”ə alternativ kimi təqdim edilən bu peyk bürcünün kommersiya istifadəsi baş verən texniki böhran səbəbindən ən azı 2027-ci ilə qədər təxirə salınıb. Şərqilərində Rusiyanın Arktikada elektron səsvermə sınaqlarında istifadə etdiyini iddia etdiyi layihə hərbi-siyasi ekspertlər tərəfindən kəskin tənqid olunub. Mütəxəssislər uğursuzluğun əsas səbəbləri kimi Rusiya kosmik sənayesindəki korrupsiya, sanksiyalar fonunda texnoloji bazanın zəifliyi və intellektual resurs çatışmazlığını göstərirlər.
İzmedia.az
![]()

