Zelenski: Qərb tərəfdaşları Kiyevə atılan ballistik raketlər barədə xəbərdarlıq etməyib

1 Min Read
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, oktyabrın 13-ü axşam saatlarında Kiyevə endirilən ballistik raket zərbələri barədə tərəfdaş ölkələrdən heç bir kəşfiyyat xəbərdarlığı daxil olmayıb. Mülki infrastrukturu hədəf alan 5 ballistik raket də daxil olmaqla, son günlərdə Rusiyanın Ukrayna ərazisinə 100-dən çox PUA və raketlə hücum etdiyini bildirən dövlət başçısı vurğulayıb ki, ballistik buraxılışlar barədə vaxtında alınan kəşfiyyat məlumatları dinc insanların həyatını xilas etmək üçün kritik əhəmiyyət kəsb edir.
Zelenski həmçinin qeyd edib ki, ABŞ Prezidentinin enerji sektorunda atəşkəs çağırışına Ukraynanın tam əməl etməsinə və Rusiyanın neft emalı zavodlarını vurmamasına baxmayaraq, Moskva bu razılaşmanı pozaraq 19 regionda enerji və mühüm infrastruktura zərbələr endirməkdə davam edib. Ukrayna Xarici İşlər Nazirliyi Vaşinqtonla ümumi kəşfiyyat mübadiləsinin davam etdiyini təsdiqləsə də, Kiyevdəki mənbələr tərəfdaşların son hücumu xəbərdar etməməsinin texniki kəsinti, yoxsa qəsdən addım olduğunu araşdırırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş