Tramp İranı “uğursuz dövlət” adlandırdı: Vaşinqton tezliklə yeni addımlar atacağını bəyan edib

1 Min Read
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun tezliklə İrana qarşı növbəti sanksiya və ya təzyiq tədbirləri ilə bağlı rəsmi qərar verəcəyini bəyan edib. Ağ Evin qarşısında jurnalistlərə açıqlama verən Amerika lideri İslam Respublikasındakı dərin maliyyə və sosial gərginliyə diqqət çəkərək, ölkəni “uğursuz dövlət” (failed state) kimi xarakterizə edib.
Tramp İran iqtisadiyyatının çökmək həddində olduğunu iddia edərək vurğulayıb ki, ölkədə inflyasiya 300 faizə çatıb, nağd pul çatışmazlığı səbəbindən dövlət hətta ordu mensublarına və dövlət qulluqçularına maaş ödəyə bilmir. ABŞ Prezidenti Tehrana qarşı atılacaq yeni addımların detallarını açıqlamasa da, qərarın çox qısa müddətdə elan olunacağını bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş