Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatları (NPR) radiosuna verdiyi müsahibədə Vaşinqton və Kiyev arasında dərinləşən gərginliyin təfərrüatlarını açıqlayıb. Zelenskinin sözlərinə görə, Ağ Ev administrasiyası Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri dayandırmayacağı təqdirdə, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini donduracağı barədə hərbi kanallar vasitəsilə xəbərdarlıq edib. Ukrayna lideri Donald Trampın Rusiya dizelinə sanksiyaları yumşaltmaq qərarını kəskin tənqid edərək, bunun qlobal enerji qiymətlərini düşürməyəcəyini, əksinə Kremlə müharibəni maliyyələşdirmək üçün əlavə vəsait verəcəyini vurğulayıb.
Zelenski yanacaq qiymətlərinin artmasında Ukraynanın günahlandırılması tezisini rədd edərək, əsas səbəbin İran ətrafındakı böhran və Hürmüz boğazının blokadası olduğunu bildirib. Ukrayna Prezidenti bəyan edib ki, Moskva qarşılıqlı olaraq enerji obyektlərinə hücumları dayandırmayana qədər Kiyev də Rusiyanın hərbi-logistik infrastrukturunu vurmaqda davam edəcək. ABŞ-ın Rusiya ilə dizel müqaviləsi bağlamasından və Trampın Zelenskini əvəzləmək çağırışlarından sonra tərəflər arasında yaranan bu kəskin qarşıdurma iki müttəfiq ölkə münasibətlərində müharibənin başlanğıcından bəri ən ağır böhranlardan biri kimi qiymətləndirilir.
İzmedia.az
![]()

