Ukrayna Hərbi Hava Qüvvələri: Rusiya eyni vaxtda 39 raket və 128 PUA ilə kütləvi hücum həyata keçirib

1 Min Read
Ukrayna Hərbi Hava Qüvvələrinin rəsmi məlumatına görə, oktyabrın 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələri ölkə ərazisinə müxtəlif istiqamətlərdən eyni vaxtda raket və dron zərbələri endirməklə genişmiqyaslı kombinə edilmiş hücum reallaşdırıb. Radiotexniki qoşunlar tərəfindən ümumilikdə 167 hava hücumu vasitəsi — 39 ədəd müxtəlif tipli raket (“İskander-M”, KN-23, S-400, “Zirkon”, “Oniks”) və 128 ədəd hücum PUA-sı (“Şahed”, “Gerbera”, “Italmas”, “Parodiya” və s., onlardan 77-si reaktiv mühərrikli) qeydə alınıb. Zərbələrin əsas hədəfi Kiyev şəhəri, Kiyev və Xarkov vilayətlərinin energetika infrastrukturu olub.
Ukrayna Müdafiə Qüvvələrinin aviasiya, zenit-raket və mobil atəş qruplarının birgə əməliyyatı nəticəsində 119 hava hədəfi (4 ballistik raket və PUA-ların 90%-ni təşkil edən 115 dron) vurularaq neytrallaşdırılıb. Buna baxmayaraq, raket və PUA düşmələri 22 mərkəzdə, vurulan dronların qalıqları isə 8 fərqli ərazidə dağıntılara səbəb olub. Hücumlar nəticəsində Kiyevdə 3 nəfər həlak olub, Xarkov vilayətinin 18 yaşayış məntəqəsində, o cümlədən Xmelnitskidə yanğınlar və ciddi mülki tələfatlar qeydə alınıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş