ABŞ-ın Müdafiə naziri Pit Heqset Vaşinqtonda keçirilən Amerika Birləşmiş Ştatları Ordusu Assosiasiyasının (AUSA) illik konfransında bildirib ki, Pentaqon yüz minlərlə pilotsuz sistemin kütləvi istehsalı və silahlı qüvvələrin arsenallarına daxil edilməsi üçün 50 milyard dollar həcmində birdəfəlik investisiya ayrılmasını planlaşdırır. Nazir vurğulayıb ki, bu tələb müntəzəm illik büdcə ayırması deyil, pilotsuz texnologiyaların qısa müddətdə genişmiqyaslı tətbiqinə yönəlmiş xüsusi maliyyəşdirmə paketidir. Heqsetin sözlərinə görə, məqsəd bu il yüz minlərlə, yaxın illərdə isə milyonlarla birdəfəlik istifadə üçün nəzərdə tutulan zərbə dronlarının istehsalını təmin etməkdir.
Tələb olunan 50 milyard dollar Pentaqonun 2027-ci maliyyə ili üçün nəzərdə tutulan əsas büdcə sorğusuna daxil edilməyib. Əsas büdcədə “Pilotsuz Sistemlərin Dominantlığı” təşəbbüsü çərçivəsində PUA-ların əldə olunması, antidron vasitələrinin geliştirilməsi və logistikanın təminatı üçün artıq 53,6 milyard dollar ayrılıb. Müdafiə naziri əlavə edib ki, iri və ənənəvi podratçılarla yanaşı, kütləvi və ucuz dron istehsalını reallaşdıra biləcək yeni texnoloji şirkətlərin də müdafiə bazarına daxil olması stimullaşdırılacaq.
İzmedia.az
![]()

