Çinin iki keçmiş müdafiə naziri Vey Fenxe və Li Şanfu korrupsiya ittihamı ilə edam cəzasına məhkum ediliblər. Bu barədə Sinxua agentliyi hərbi məhkəmənin qərarına istinadən məlumat yayıb.
Məlumata görə, hər iki şəxs əvvəllər Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının üzvü olub, dövlət müşaviri statusuna malik idi və Müdafiə Nazirliyinə rəhbərlik edib. Onlar rüşvət alma və vermə ittihamları üzrə təqsirli biliniblər.
Məhkəmə onlara eyni hökmü çıxarıb: iki illik möhlətlə ölüm cəzası, ömürlük siyasi hüquqlardan məhrumetmə və bütün şəxsi əmlakın müsadirəsi.
Çin qanunvericiliyinə əsasən, iki illik möhlət müddətində məhkumlar yeni qəsdən cinayət törətməzlərsə, ölüm hökmü avtomatik olaraq ömürlük həbs cəzası ilə əvəz edilə bilər. Bəzi hallarda isə ilkin hökmə uyğun olaraq 25 ilədək həbs cəzası da tətbiq oluna bilər.
Qeyd olunur ki, bu mexanizm Çin hüquq sisteminə xas xüsusi praktikadır və ölüm hökmlərinin icrasının şərti olaraq təxirə salınmasına imkan verir.
İzmedia.az
![]()

