Ağ Ev “Starlink” məhdudiyyətlərində əlinin olması ilə bağlı iddiaları rədd etdi

1 Min Read
“Axios” portalının məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyası Ukrayna ərazisində “Starlink” peyk internet sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərə görə məsuliyyət daşımadığını bəyan edib. Ağ Evin yüksək vəzifəli rəsmiləri bildiriblər ki, Prezident Donald Tramp administrasiyasının peyk rabitəsindəki ləngimələrlə heç bir əlaqəsi yoxdur. Vaşinqton rəsmiləri baş verənləri texniki nasazlıqla izah etsələr də, Kiyev bu addımın “SpaceX” şirkəti tərəfindən qəsdən atıldığını və Trampın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələbi ilə bağlı xəbərdarlıq xarakteri daşıdığını iddia edir.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin baş müşavirləri, eləcə də Ukrayna rəsmiləri Ağ Ev, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Pentaqonla əlaqə saxlayaraq məhdudiyyətlərin səbəbini və vəziyyəti düzəltmək üçün atılacaq addımları soruşublar. ABŞ tərəfi cavabında “SpaceX” şirkətinin daxili fəaliyyətinə nəzarət etmədiyini bildirib. Bununla belə, Ağ Ev rəsmiləri vəziyyəti aydınlaşdırmaq üçün şirkət rəhbərliyi ilə əlaqə saxlamağı planlaşdırdıqlarını qeyd ediblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş