Nikaraqua liderləri Putinə başsağlığı verib, Starobelsk hücumunu pisləyiblər

1 Min Read

Nikaraquanın həmsədrləri Daniel Orteqa və Rosario Murillo bazar ertəsi günü Rusiya Prezidenti Vladimir Putinə Ukrayna qüvvələrinin Starobelskdəki kollecə etdiyi hücumla bağlı başsağlığı məktubu göndəriblər.

Orteqa və Murillo mesajlarında bildiriblər: “Nikaraqua xalqı adından və öz adımızdan Luqansk Xalq Respublikasının Starobelsk şəhərində günahsız tələbələrə və müəllimlərə qarşı törədilən cinayətkar hücumla bağlı dərin hüznlə başsağlığı veririk. Biz bunu bəşəriyyətə qarşı cinayət kimi qətiyyətlə pisləyirik”.

Onlar əlavə ediblər ki, “cinayətkar faşizm şər və dağıntını təşviq etməyə çalışır” və yekunda vurğulayıblar: “Biz bu vəhşilikləri pisləyirik, çünki bilirik ki, yaxşılığın gücü onları məğlub edəcək”.

Məlumata görə, Ukrayna hərbçiləri mayın 22-si səhər saatlarında Luqansk Pedaqoji Universitetinin Starobelsk şəhərində yerləşən Peşə Kollecinin akademik binası və yataqxanasına pilotsuz uçuş aparatları ilə hücum edib. Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində 21 nəfər həlak olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş