Səudiyyə Ərəbistanına pilotsuz təyyarə hücumu!Hava limanında qanlı qurbanların sayı: 1 ölü, 8 yaralı

1 Min Read

GACA-nın açıqlamasında bildirilir ki, hava limanına oktyabrın 21-i axşam saatlarında hücum edilib və ölkədə yaşayan xarici vətəndaş hücum nəticəsində həyatını itirib.

izmedia.az xəbər verir ki, bildirilib ki, yaralanan 8 nəfər dərhal xəstəxanaya aparılaraq lazımi tibbi yardım göstərilib.

Açıqlamada həmçinin hücumun zərər verdiyi, zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi və hadisələrlə bağlı məlumatın daha sonra veriləcəyi qeyd edilib.

Hücumun necə həyata keçirildiyi və kimin təşkil etdiyi barədə məlumat verilməyib.

ƏRƏB KOALİSİYASI: SƏUDİYA ƏRƏBİSTANININ ŞƏRQİNDƏ 4 İHA MƏHV EDİLDİ

Yəməndəki qanuni hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Səudiyyə Ərəbistanının şərq bölgəsində 4 İHA-nın ələ keçirilərək məhv edildiyini açıqlayıb.

Ərəb Koalisiyasının sözçüsü tərəfindən verilən açıqlamada, sözügedən PUA-ların Səudiyyə Ərəbistanının şərq bölgəsində bloklandığı bildirilib.

Yəmən 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Sənanı və bəzi əyalətləri nəzarətə götürməsindən sonra başlayan vətəndaş müharibəsinə səhnədir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 2015-ci ilin martından Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş