ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın hərəkətləri səbəbindən bu ölkə artıq ABŞ-ı lağa qoymayacaq. O, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İran 47 ildir ki, ABŞ və dünyanın qalan hissəsi ilə oyun oynayır. Onlar artıq gülməyəcəklər!”, – deyə ABŞ lideri yazıb.
Tramp həmçinin ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Baydenin İranla bağlı siyasətini tənqid edib.
Onun sözlərinə görə, İran uzun illər ərzində ABŞ və beynəlxalq ictimaiyyətlə “oyunlar oynayıb” və Barak Obama dövründə Tehrana qarşı daha yumşaq siyasət tətbiq edilib.
Tramp iddia edib ki, Obama administrasiyası İranla bağlı siyasətdə “zəif mövqe” tutub və bu, ölkəyə əlavə güc qazandırıb. O, həmçinin Co Baydeni də tənqid edərək onu “zəif siyasət yürütməkdə” günahlandırıb.
ABŞ prezidenti vurğulayıb ki, hazırkı yanaşma əvvəlkilərdən fərqlidir və İranın davranışına qarşı daha sərt mövqe sərgilənir.
İzmedia.az
![]()

