Almaniyada avtomobil izdihamın üstünə çırpıldı!Yaralılar var

1 Min Read

Ötən gecə Almaniyanın Hannover şəhəri yaxınlığında bir sürücü avtomobilini izdihamın üzərinə sürüb.Dünən gecə Noyştadt-am Rübenberge qəsəbəsində baş verən hadisədə 5 nəfər yaralanıb.Hannover Polis İdarəsinin verdiyi açıqlamaya görə, hadisə yerli vaxtla saat 23.30-da Meklenhorster küçəsində baş verib.Rutin yol nəzarəti həyata keçirən polis qrupları, metal rəngli, dəyişdirilmiş BMW markalı avtomobilin qəsdən izdihamın üzərinə sürüldüyünü görüblər.

izmedia.az xəbər verir ki, hadisə yerinə gələn polis qrupları avtomobili dayandırmaq üçün atəş açıb.Bunun üzərinə sürücü və avtomobildə olan digər şəxslər maşını tərk edərək piyada qaçıblar.Xəstəxanaya çatdırılan 5 yaralının həyati təhlükəsinin olmadığı bildirilib.

BU İKİ AİLƏ ARASINDA BAŞLANAN MÜBAHİSƏNDƏN NƏTİCƏDİ

Hannover polisi, Alman mətbuatına verdiyi açıqlamada, hadisədən sonra həyata keçirilən əməliyyat çərçivəsində vasitə sahibinin iqamətgahında olan 3 nəfərin nəzarətə alındığını bildirdi.Ərazidə iki ailə arasında yaranan mübahisə zəminində avtomobilin izdihamın üzərinə sürüldüyü bildirilib.Qeyd edilib ki, şübhəlilər əvvəllər də ailələr arasında yaranmış mübahisə zəminində cinayət törətdiklərinə görə polis tərəfindən təqib olunublar.

Polis hadisənin terror aktı hesab olunmadığını və ictimai təhlükəsizliyə davamlı təhlükənin olmadığını açıqlayıb.Hadisə ilə bağlı istintaqı Hannover Prokurorluğu öz üzərinə götürərkən, şübhəlilər haqqında adam öldürməyə cəhd ittihamı ilə istintaq başladıldığı bildirilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş