Əbu-Dabidə Ukrayna danışıqları: Kreml nümayəndə heyətinin tərkibini açıqlayıb

1 Min Read

Rusiya noyabrın 10-da Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq.

Sherg.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Kremlin açıqlamasına görə, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyətin tərkibinə Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin də daxil edilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov və Baş Qərargahın Baş Əməliyyat İdarəsi rəisinin müavini Yuri Jiqarlovski də nümayəndə heyətində təmsil olunacaqlar.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, adıçəkilən şəxslər, eləcə də prezidentin köməkçisi Yuri Uşakov noyabrın 6-da Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirəyə dəvət olunublar.

Həmin müşavirədə Putin ABŞ və Ukrayna ilə danışıqların noyabrın 10-da Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş