"Qalatasaray"ın hücumçusu əməliyyat olunub

0 Min Read

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Ştutqart”la matçda zədələnib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş