ABŞ-da aralıq seçkilərdən sonra Demokratlar və Respublikaçılar arasında gərginlik artır.İqtidar əldə edən demokratlar Tramp ailəsinə və administrasiyanın əməkdaşlıq etdiyi şirkətlərə təzyiqləri artıracaqlarını, ailəni araşdıracaqlarını bildirərkən, ədliyyə naziri bir tərəf seçərək Trampın tərəfinə keçdi.
ABŞ-da keçirilən aralıq seçkilərdə böyük qələbə qazanan Demokratlarla, hətta qalaları sayılan ştatları da itirmiş Respublikaçılar arasında mübahisələr getdikcə artır.Aparıcı demokratlar Tramp administrasiyası və onun əməkdaşlarına təzyiqləri artırmağa başladılar.
izmedia.az xəbər verir ki, demokratların biznesləri, xüsusən də Tramp ailəsi ilə əlaqəli şirkətləri araşdırmaq üçün aqressiv yanaşması gözlənilir.Trampın keçmiş vəkili, bu ilin əvvəlində Senat tərəfindən cüzi səslə təsdiqlənən indiki Baş prokuror Tod Blanş Demokratların Tramp administrasiyasına təzyiqləri artırmasına reaksiya verib.O, təhqiqat aparan Konqres üzvlərinə qarşı araşdırma aça biləcəyini deyib.
![]()

