İsrail ordusu Qəzzada xəstəxananı yenidən vurub.6 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasına hava zərbəsi endirilib.Fələstin mənbələrindən və Qəzza Mülki Müdafiə Müdirliyindən əldə edilən məlumata görə, xəstəxananın ikinci mərtəbəsi hədəfə alınıb.
izmedia.az xəbər verir ki, hədəf edilən hissədə reanimasiya şöbələri var idi.Hücumdan sonra böyük dağıntı baş verdi.
İlkin məlumata görə, 6 nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.Yerli mənbələr həyatını itirənlər arasında Nasser xəstəxanasında işləyən həkimin olduğunu bildirib.Bölgədə axtarış-xilasetmə işləri davam edir.
Nasser Xəstəxanası Qəzza zolağının cənubundakı ən böyük xəstəxanadır.Xəstəxana 2025-ci ilin avqustunda İsrailin ikiqat hücumunda da hədəfə alınıb və aralarında jurnalistlər və tibb işçiləri də daxil olmaqla ən azı 20 nəfər ölüb.
Ötən ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Qəzzaya hücumları davam edir.
![]()

