Avstraliyanın Viktoriya əyalətində düşərgəyə getdiyi meşədə azmış 17 yaşlı autizmli yeniyetmə 6 gün sonra sağ tapılıb.Xilasetmə anını əks etdirən görüntülər paylaşılıb.
Avstraliyanın Viktoriya ştatının meşəlik və dağlıq bölgəsində 6 gündür itkin düşən 17 yaşlı Uilyam polis qruplarının apardığı hava işləri nəticəsində sağ tapılıb.
izmedia.az xəbər verir ki, yerli medianın məlumatına görə, ögey qardaşı ilə birlikdə bölgədəki düşərgəyə gedən Uilyam soyuducu çantanı almaq üçün düşərgənin başqa hissəsinə getdikdən sonra yoxa çıxıb.
Xəbər verildikdən sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
Polis autizmli gəncin kobud ərazidə itdiyini düşünüb.
Komandaların 6 gündür apardığı axtarış işləri 12 noyabr cümə axşamı şad xəbərlə başa çatıb.
Uilyam diri-diri qayalıqda çayın kənarında tapılıb.
Polis kamerasına düşən görüntülərdə gəncin xilasetmə helikopterini görüncə sevinci kameraya düşüb.
Yayılan məlumatlara görə, xilas edildikdən sonra ailəsini qucaqlayan gənc nəzarət üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.
(Xəbər videosu: CNN Newsource/ Mənbə: 7news)
![]()

