Crystal Palace-da Pierre Sage dövrü başa çatdı!

1 Min Read

İngiltərə Premyer Liqasında sonuncu pillədə qərarlaşan "Kristal Pelas" 5 ay əvvəl vəzifəsinin icrasına başlayan və komandanın başında 16 matça çıxan Pierre Sage-i bu mövsüm əldə etdiyi zəif nəticələrdən sonra istefaya göndərib.

izmedia.az xəbər verir ki, "Klub Cənubi Londonda göstərdikləri səylərə görə Pierre və komandasına təşəkkür edir və onlara gələcəkdə uğurlar arzulayır", – deyə klubun bəyanatında bildirilir.deyildi.

Sagenin boşaldığı vəzifəyə daha əvvəl Premyer Liqada "Brentford" və "Tottenhem"i çalışdırmış danimarkalı çalışdırıcı Tomas Frankın təyin olunacağı gözlənilir.

Sagenin rəhbərliyi altında "Kristal Pelas" bütün yarışlarda 16 matçda 5 qələbə qazanıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş