8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli qürurumuzun və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoydu. Bu Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı mühüm rol oynadı.
“Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Rafət Şirəliyev bildirib ki, Zəfər Günü yalnız hərbi Qələbənin deyil, xalqımızın milli birliyinin, həmrəyliyinin və Vətənə bağlılığının təcəssümüdür.
Onun sözlərinə görə, bu tarixi Qələbə Azərbaycan gəncliyi üçün həm qürur mənbəyi, həm də böyük məsuliyyətdir. Gənclər öz bilikləri, bacarıqları və təşəbbüsləri ilə qalib Azərbaycanın inkişafına töhfə verməli, milli dəyərlərimizi və qəhrəmanlıq tariximizi gələcək nəsillərə çatdırmalıdırlar.
Rafət Şirəliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edərək, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığını bildirib.
“Zəfər bizə böyük qürur yaşatmaqla yanaşı, gələcək nəsillər qarşısında da məsuliyyət qoyub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi Qələbəni yaşatmaq, güclü, inkişaf etmiş və müasir Azərbaycan quruculuğunda iştirak etmək hər birimizin vətəndaşlıq borcudur”, – deyə o qeyd edib.
8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
![]()

