Avropada İsrailə reaksiya artır!12 ölkədə imzatoplama kampaniyası təşkil edilib

1 Min Read

Avropa İttifaqı Komissiyası İsraillə assosiasiya sazişinin tamamilə dayandırılması tələbini gündəliyə salır.Avropa Vətəndaş Təşəbbüsü çərçivəsində 12 ölkədə 1 milyon 100 mindən çox imza toplanıb.Komissiya 12 may 2027-ci il tarixinədək ərizənin qiymətləndirilməsini elan etməlidir.

İSRAİLƏ REAKSİYALAR İMZA KAMPANİYASINA ÇEVRİLDİ

izmedia.az xəbər verir ki, avropada İsrailə qarşı reaksiyalar imza kampaniyasına çevrildi.Avropa Vətəndaş Təşəbbüsü çərçivəsində başladılan kampaniyada səbəb kimi İsrailin insan haqlarını pozması göstərilib.Avropa İttifaqı ilə İsrail arasında assosiasiya sazişinin tamamilə dayandırılması tələb olunub.

1 MİLYONDAN ÇOX İMZA TOPLANIB

Avropa İttifaqının 12 ölkəsində 1 milyon 100 mindən çox imza toplanıb.Avropa İttifaqının qaydalarına görə, Avropa Vətəndaş Təşəbbüsü mexanizmi çərçivəsində bir milyondan çox imza toplanırsa, Komissiya ərizəyə baxmalıdır.

KOMİSSİYA VƏ PARLAMENT PROSESİ BAŞLAYIR

Buna görə də Aİ Komissiyası yaxın həftələrdə kampaniyanın təşkilatçıları ilə görüşəcək.Təşəbbüs ətraflı müzakirə olunacaq.Daha sonra Avropa Parlamentində sessiya keçiriləcək.

Aİ Komissiyası daha əvvəl üzv ölkələrə İsraillə assosiasiya sazişini qismən dayandırmağı təklif etmişdi.Yeni müraciətlə birlik daxilində müzakirələr bu dəfə razılaşmanın tamamilə dayandırılması tələbi ilə yenidən gündəmə gəlib.

Komissiya 2027-ci il mayın 12-dək qiymətləndirməsindən sonra hər hansı addım atıb-atmayacağını açıqlamalıdır.

Bununla belə, tərəfdaşlıq sazişinin dayandırılması istiqamətində konkret addımın atılması ehtimalı az görünür.Buna baxmayaraq, toplanan imzaların sayı Avropa ictimaiyyətində İsrailin siyasətinə qarşı narahatlığın nə dərəcədə olduğunu göstərir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş