Superliqanın 3 ən uğurlu səfər komandasından biri olan “Göz-Göz” topladığı 15 xaldan 11-ni rəqib meydanında alıb.Öz evində "İsonem Park Gürsel Aksel" stadionunda cəmi 4 xal toplayan "Göztepe" səfərdə 6 matç keçirib.Rəqib meydanda 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət olan “Göztepe” çətin “Ərzurumspor” matçı öncəsi azarkeşlərinə inam qazandırıb.
izmedia.az xəbər verir ki, İstanbulda “Eyüpspor”u 4:0, “Fənərbaxça”nı isə 2:1 hesabı ilə məğlub edən “Göztepe” öz meydanında “Kocaelispor”u da 2:1 hesabı ilə məğlub etməyi bacarıb.“Samsunspor”la 3-3, “Alanyaspor”la 2-2 bərabərə qalaraq İzmirə xalla qayıdan sarı-qırmızılar yeganə səfərdə “Qalatasaray”a məğlub olub.Rams Parkda rəqibini itələyən Göztepe 3-2 hesabı ilə məğlub olmaqdan qaça bilməyib.Milli.Az apasport.az-a istinadən xəbər verir ki, beynəlxalq fasilədə gərgin hazırlıq dövrü keçirən "Göztəpə"nin sağ cinah müdafiəçisi Ogün Bayrak zədəsini sağaltdığı halda, müalicəsi davam edən qambiyalı müdafiəçi Sonko Sundberqin durumuna hələ aydınlıq gəlməyib.Sonkonun Ərzurum səfər oyununda meydana çıxıb-çıxmayacağına həftəsonu aydınlıq gələcək.
![]()

