Kenan Yıldız Juventusda sevinc!

1 Min Read

Milli komandanın və "Yuventus"un cinah oyunçusu Kənan Yıldızın sol ayağının metatars sümüyü avqust ayında qırılıb və 21 yaşlı futbolçu əməliyyat olunub.

izmedia.az xəbər verir ki, avqustun sonunda sol ayağının 5-ci metatars sümüyünün qırılması səbəbindən Almaniyada əməliyyat olunan və uzun müddət formasından uzaq qalan Kənan Yıldızın reabilitasiya prosesi başa çatıb.

TƏLİMƏ BAŞLADI

Milli futbolçunun klubu "Yuventus" da Kənan Yıldızın virtual media hesablarında paylaşım edərək fərdi məşqlərə başladığını açıqlayıb.Torino komandasının hazırladığı paylaşımda Kənan Yıldızın driblinq etdiyi video yer alıb və “Kənan addım-addım” ifadələri işlədilib.

👀 "Yuventus"da çıxış edən milli futbolçumuz Kənan Yıldız topla məşqlərə başlayıb.https://t.co/amLi3jDsQO — Sabah Spor (@sabahspor) 17 noyabr 2026

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş