20 Noyabr – Ümumdünya Uşaq Günü münasibətilə “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Rafət Şirəliyev uşaqların hüquqlarının qorunması və onların inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Rafət Şirəliyev bildirib ki, hər bir uşağın keyfiyyətli təhsil almaq, sağlam və təhlükəsiz mühitdə böyümək, öz fikirlərini ifadə etmək, istedad və bacarıqlarını inkişaf etdirmək hüququ təmin olunmalıdır.
O qeyd edib ki, uşaqların yaradıcılıq imkanlarının üzə çıxarılması, sosial fəallığının artırılması və onların maraqlarına uyğun inkişaf mühitinin yaradılması sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
“Uşaqlar yalnız gələcəyimiz deyil, həm də bu gün cəmiyyətimizin bərabər hüquqlu üzvləridir. Onların fikirlərinə hörmətlə yanaşmaq, hüquqlarını qorumaq və potensiallarını inkişaf etdirmək hər birimizin məsuliyyətidir”, – deyə Rafət Şirəliyev bildirib.
Sonda o, bütün uşaqları Ümumdünya Uşaq Günü münasibətilə təbrik edərək onlara sağlam, təhlükəsiz və xoşbəxt həyat arzulayıb.
![]()

