CBS News: ABŞ ordusu İrana mümkün zərbələrə hazırdır

1 Min Read

Yüksək rütbəli milli təhlükəsizlik rəsmiləri ABŞ Prezidenti Donald Trampa ordunun şənbə gününə qədər İrana mümkün hücumlara hazır olduğunu çatdırıblar.

İzmedia.az bildirir ki, bunu müzakirələrlə yaxın mənbələr “CBS News”a bildiriblər.

Rəsmilərin sözlərinə görə, Tramp hələlik yekun qərar verməyib. Ağ Evdə müzakirələr davam edir və mümkün eskalasiyanın siyasi və hərbi nəticələri qiymətləndirilir.

Mənbələrdən biri qeyd edib ki, qüvvə və şəxsi heyətin əvvəlcədən bölgəyə yerləşdirilməsi Pentaqonun adi təcrübəsidir və bu, hücumun qaçılmaz olduğu anlamına gəlmir.

Digər məlumata görə, ABŞ dövlət katibi Marko Rubio yaxın iki həftə ərzində Benyamin Netanyahu ilə əlavə müzakirələr aparmağı planlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş