Rusiya XİN: Avropa Ukraynadakı döyüşləri mümkün qədər uzatmaq istəyir

1 Min Read

Avropa Ukraynadakı döyüşlərin mümkün qədər uzun müddət davam etməsini istəyir və onun hərəkətləri nizamlanmaya hər hansı konstruktiv töhfənin qarşısını alır.

İzmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Nazir müavini əlavə edib ki, “Onların hazırkı mövqeyi Ukrayna ərazisindəki döyüşlərin mümkün qədər uzun müddət davam etməsidir”.

O, TASS-ın avropalıların nizamlama prosesindəki rolu ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, “Hazırda avropalıların heç bir real konstruktiv töhfəsi görünmür, çünki onların mövqeyi bunu mümkünsüz edir”.

Qruşko vurğulayıb ki, “Avropalıların real hərəkətlərinə baxsaq, onlar Ukraynada sülhün bərpasına kömək etməyə zidd olan hər şeyi edirlər. Buraya Kiyev rejiminə siyasi, iqtisadi, maliyyə və hərbi dəstək daxildir. Buraya həmçinin sülhün bağlanması şərtləri ilə bağlı mövqeləri də daxildir”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş