Rusiya İranın nüvə atomunun dinc məqsədlərlə inkişaf etdirilməsini dəstəkləməyə davam edəcək – XİN

1 Min Read

Rusiya heç vaxt və gələcəkdə də İranın dinc nüvə texnologiyalarının inkişafına dəstək vermək mövqeyindən yayınmayacaq.

İzmedia.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O qeyd edib ki, Rusiya həmişə İran xalqının müstəqil inkişaf hüququnu, o cümlədən dinc nüvə texnologiyaları sahəsində müdafiə edib.

Qruşko həmçinin vurğulayıb ki, Rusiya ilə İran arasındakı münasibətlər uzun tarixi təcrübəyə əsaslanır, strateji tərəfdaşlıq müqaviləsi mövcuddur və tərəflər regionda qonşudur.

Xarici işlər nazirinin müavini əlavə edib ki, ticarət, iqtisadi əməkdaşlıq və mədəni əlaqələr yaxşı inkişaf edir və bu əməkdaşlıq davam etdiriləcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş