İran BMT-yə xəbərdarlıq məktubu göndərdi

1 Min Read

İran ABŞ prezidenti Donald Trampın hücum təhdidlərinə cavab verib.

İzmedia.az bildirir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək ABŞ-nin İrana qarşı güc tətbiq etməklə bağlı təhdidlərinin beynəlxalq hüququ pozduğunu vurğulayıb.

Məktubunda İrəvani Trampın Dieqo Qarsiya bazasının İrana mümkün hərbi hücum üçün istifadə edilə biləcəyi barədə verdiyi açıqlamaları xatırladaraq xəbərdarlıq edib: “Bu təhdidlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və regionu yeni bir böhran və qeyri-sabitlik dövrünə salmaq riski daşıyır”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş