ABC TV: Tramp İranın nüvə obyektlərinə zərbə variantını nəzərdən keçirir

1 Min Read

ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə genişmiqyaslı zərbə endirməyi nəzərdən keçirir.

İzmedia.az bildirir ki, bu barədə ABC TV mənbəyə istinadən xəbər verir.

Məlumata görə, Vaşinqton administrasiyasının rəhbəri bir sıra cavab variantlarını araşdırır ki, bunlar arasında nüvə, hərbi və dövlət obyektlərinə yönəlmiş güclü zərbə də var.

Daha əvvəl The Wall Street Journal mənbələrinə istinadən xəbər vermişdi ki, Tramp həmçinin Tehranı ABŞ üçün əlverişli nüvə sazişini qəbul etməyə məcbur etmək və eyni zamanda tammiqyaslı hücumdan yayınmaq məqsədilə İranın hərbi və dövlət hədəflərinə məhdud zərbə endirməyi düşünür. Rəsmilər bildiriblər ki, belə bir zərbə bir neçə gün ərzində həyata keçirilə bilər.

Hesabatda vurğulanır ki, ABŞ lideri hələ İrana qarşı hücumla bağlı yekun qərar verməyib. Cümə axşamı isə Tramp İrana razılığa gəlmək üçün 15 gündən artıq vaxt verməyəcəyini açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş