Aİ Macarıstanın veto hüququnu ləğv edərək Kiyevə kredit ayırmağı planlaşdırır

1 Min Read

Avropa Komissiyası-nın sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib ki, 2026–2027-ci illər üçün Ukrayna-ya 90 milyard avroluq kreditin verilməsi ilə bağlı Macarıstanın veto hüququnun ləğv edilməsi planları təsdiqlənib.

O əlavə edib ki, “20-ci sanksiya paketi ilə bağlı hələlik heç bir məlumatımız yoxdur, amma onun qəbul edilməsinə sadiqik. Kiyevin maliyyələşdirilməsi ilə bağlı danışıqlar davam edir və ümid edirik ki, çox tezliklə, Aİ sammiti ərəfəsində bu müzakirələrdə irəliləyiş əldə edə biləcəyik”.

Xatırladaq ki, Aİ sammiti 19–20 mart 2026-cı il tarixlərində Brüsseldə keçirilməsi planlaşdırılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş