Fələstin İsrailin Sülh Şurasından çıxarılmasını tələb edir – səfir

1 Min Read

Fələstin İsrailin Sülh Şurasında iştirakına qarşıdır.

İzmedia.az bildirir ki, bu barədə Fələstinin Avstriyadakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi müşahidəçi Səlah Əbdül Şəfi “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib.

Diplomat bildirib ki, “Bizim nöqteyi-nəzərimizdən, o müharibə cinayətkarıdır və Sülh Şurasının üzvü olmaqdansa, törədilmiş cinayətlərə görə məhkəmə qarşısına çıxmalıdır”.

Səfir həmçinin Qəzza zolağının humanitar ehtiyaclarının tam və təcili olduğunu vurğulayıb:
“Qəzza zolağının məruz qaldığı dağıntı müharibəsindən sonra orada demək olar ki, heç nə qalmayıb. İsrail infrastrukturu dağıdıb, səhiyyə sistemini, təhsil sektorunu və məktəbləri dağıdıb. Bu gün Qəzza zolağının hər şeyə ehtiyacı var”, – deyə o bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş