ABŞ Kanada və Danimarka ilə birlikdə Alyaska və Qrenlandiyada təlimlər keçirəcək

1 Min Read

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Şimal Komandanlığı (USNORTHCOM) 23 fevral – 13 mart 2026-cı il tarixlərində Alyaska və Qrenlandiyanın müxtəlif bölgələrində ARCTIC EDGE 2026 (AE26) adlı birgə çoxsahəli Sahə Təlimi (FTX) keçirəcəklər.

İzmedia.az bildirir ki, ABŞ Şimal Komandanlığının yaydığı məlumata görə, təlimlərə Danimarka və Kanada ilə yanaşı, Alyaska Milli Qvardiyası, Federal Bureau of Investigation və United States Coast Guard kimi qurumlar da cəlb olunacaq.

Bildirilib ki, AE26 təliminin məqsədi Arktikada ABŞ və tərəfdaş ölkələr arasında hazırlıq səviyyəsini artırmaq, imkanları nümayiş etdirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirməkdir. Təlim çərçivəsində kruiz raketlərindən müdafiə, pilotsuz uçuş sistemlərinə qarşı mübarizə, həmçinin Arktika şəraitində sağ qalma və hərəkətlilik üzrə məşqlər keçiriləcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş