İsrail: Hizbullah tərksilah olunana qədər əməliyyatlar davam edəcək

1 Min Read

 

İsrailin elm naziri və Siyasi-Təhlükəsizlik Kabinetinin üzvü Gila Gamliel “Channel 7” telekanalına açıqlamasında bildirib ki, İsrail ABŞ ilə İran arasında mümkün razılaşmanın tərəfi deyil və regiondakı hərbi əməliyyatlarını davam etdirəcək.

Qamliel qeyd edib ki, İsrail Hizbullahın tam tərksilah edilməsinə qədər hərəkətlərini dayandırmayacaq.

Onun sözlərinə görə, İsrail Livan ərazisinin müəyyən hissələri üzərində nəzarəti saxlamaq niyyətindədir və ordunun nəzarətində olan bölgələrə sakinlərin qayıdışına icazə verilməyəcək.

Nazir bildirib ki, İsrail qüvvələri Livanın dərinliklərində möhkəmlənib və Litani çayı ilə Bofort qalası istiqamətinə qədər uzanan mövqelərdən geri çəkilmə planı yoxdur.

Qamliel əlavə edib ki, bu addımlar İsrailin şimal bölgələrinin təhlükəsizliyinin təmin olunması üçün vacib hesab edilir.

O, həmçinin ABŞ Prezidenti Donald Trumpın vaxt itirdiyini iddia edərək bunu beynəlxalq proseslər və ABŞ-ın daxili siyasi gündəliyi ilə əlaqələndirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş