Indianın Carxand (Jharkhand) əyalətində yeddi nəfəri daşıyan tibbi təyyarə qəzaya uğrayıb.
İzmedia.az bildirir ki, bu barədə Hindistan Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Redbird Airways şirkətinə məxsus Beechcraft C90 təyyarəsi Ranchi şəhərindən New Delhiyə tibbi uçuş həyata keçirirmiş. Uçuşdan təxminən 23 dəqiqə sonra ekipajla əlaqə kəsilib və hava gəmisi radar ekranlarından itib.
Sonradan təyyarənin ucqar, meşəlik əraziyə düşdüyü müəyyən edilib. Qəza yerinə xilasetmə qrupları göndərilsə də, çətin relyef əməliyyatları mürəkkəbləşdirir.
Hadisənin səbəblərini müəyyən etmək üçün rəsmi araşdırma başladılıb.
İzmedia.az
![]()

