Xaliskoda iğtişaşlardan sonra 2000 əsgər bölgəyə göndərildi

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

Meksika Milli Müdafiə Nazirliyi Meksika Milli Müdafiə Nazirliyi Xalisko ştatında iğtişaşları yatırmaq və təhlükəsizliyi təmin etmək üçün 2000 əsgəri bölgəyə göndərib.

İzmedia.az bildirir ki, bu addım, Xalisko Yeni Nəsil (CJNG) kartelinin lideri Ruben Oseguera Servantesin – daha çox “El Menço” ləqəbi ilə tanınan – öldürülməsindən sonra başlayan kütləvi qarışıqlıqlara cavab olaraq atılıb.

Regionun qubernatoru Pablo Lemus ştat hökumətinin əməliyyat iclasında bildirib ki, əsgərlər artıq patrul xidmətinə başlayıb və dövlət orqanları normal həyatın bərpası, yolların nəqliyyat üçün açılması üzərində işləri davam etdirir. İctimai nəqliyyat sisteminin 24 fevralda tam şəkildə fəaliyyətə başlaması gözlənilir.

Qubernator həmçinin xəbərdarlıq edib ki, ştatdakı bütün ictimai tədbirlər sonrakı məlumatadək ləğv edilib, məktəblərdə isə əyani dərslər dayandırılıb. Federal hökumət isə bölgəyə tam dəstək göstərir.

Xatırladaq ki, 22 fevralda Meksika Milli Müdafiə Nazirliyi Meksika Milli Müdafiə Nazirliyi “El Menço”nun hüquq-mühafizə orqanları ilə silahlı toqquşma zamanı ağır yaralanaraq xəstəxanaya aparılarkən yolda öldüyünü açıqlamışdı. Onun ölümü sonrası ölkə daxilində magistral yollar bağlanıb, avtomobillər və ticarət müəssisələri yandırılıb. Respublika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, 23 fevrala olan vəziyyətə görə ölkədə ictimai təhlükəsizlik tam nəzarət altındadır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş