Çin ABŞ-nin nüvə ittihamlarını əsassız sayır

1 Min Read

Çinin Silahsızlanma Məsələləri üzrə Fövqəladə və Səlahiyyətli Səfiri Shen Qiang ABŞ-nin son illərdə Çin Xalq Respublikasında nüvə sınaqları keçirməsi ilə bağlı ittihamlarını əsassız hesab etdiyini açıqlayıb.

Şen Cianq Cenevrədə keçirilən Silahsızlanma Konfransının sessiyasında bildirib ki, Pekin Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin məqsəd və prinsiplərini qətiyyətlə dəstəkləyir və Vaşinqton bu məsələdə öhdəliklərinə əməl etməli, qlobal konsensusu dəstəkləməlidir.

Diplomat vurğulayıb ki, ABŞ-nin Çinə qarşı irəli sürdüyü ittihamlar əslində “öz nüvə sınaqlarını bərpa etmək üçün bəhanədir”.

Qeyd edək ki, ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Yayılmama üzrə köməkçisi Christopher Yang daha əvvəl Rusiya və Çinin son illərdə aşağı məhsuldarlıqlı nüvə sınaqları həyata keçirdiyini açıqlamışdı. Xüsusilə, 2020-ci il iyunun 22-də Sincan Uyğur Muxtar Rayonunda Lobnor gölü yaxınlığındakı sınaq poliqonunda Çin tərəfindən nüvə sınaqları aparıldığı bildirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş