Tramp: İran nüvə silahından imtina etdiyini açıq deməyib

1 Min Read

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-yə nüvə silahı hazırlamayacağına dair açıq öhdəlik vermədiyini bildirib.

İzmedia.az xəbər verir ki, o, Tehranın bu cür silah əldə etməsinə icazə verməyəcəklərini vurğulayıb.

Tramp Konqresdə – Nümayəndələr Palatası və Senat qarşısında “Ölkənin Vəziyyəti haqqında” illik müraciətində çıxışı zamanı deyib ki, Vaşinqton və Tehran arasında danışıqlar aparılır, lakin ABŞ tərəfi İranın nüvə silahından tam imtina etdiyini bəyan edən konkret ifadəni eşitməyib.

“Biz onlarla danışıqlar aparırıq, razılaşmaq istəyirlər, amma o gizli sözləri eşitməmişik: ‘Bizim heç vaxt nüvə silahımız olmayacaq’”, – deyə o qeyd edib.

ABŞ lideri problemin diplomatik yollarla həllinə üstünlük verdiyini bildirsə də, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini açıq şəkildə bəyan edib və İranı “dünyanın bir nömrəli terrorizm sponsoru” adlandırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş