Zelenski Böyük Britaniyanın sanksiya qərarı ilə bağlı Londona siqnal göndərdiklərini bildirib

1 Min Read

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Böyük Britaniya hökumətinin Rusiya xam neftindən üçüncü ölkələrdə istehsal olunan dizel və aviasiya yanacağına qarşı sanksiyaların yumşaldılması qərarı ilə bağlı Londona siqnal göndərib.

O, çərşənbə axşamı verdiyi açıqlamada Ukrayna tərəfinin bu məsələ üzrə Böyük Britaniya ilə əlaqə saxladığını qeyd edib.

“Bu, çox həssas məsələdir, mediada və siyasətçilər arasında geniş müzakirə olunur. Biz siqnallarımızı Londona çatdırdıq və gözləyirik ki, bu həftə məsələ ikitərəfli səviyyədə müzakirə olunacaq”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, sanksiyalar, o cümlədən iqtisadi və siyasi məhdudiyyətlər onun fikrincə, Rusiyaya təzyiq göstərmək və müharibəni dayandırmaq üçün ən effektiv vasitələrdən biridir.

Böyük Britaniya hökuməti bundan əvvəl sanksiya rejimindən istisnalar tətbiq edərək Rusiya neftindən istehsal olunan dizel və reaktiv yanacağının üçüncü ölkələrə idxalına icazə vermişdi. Daha sonra Böyük Britaniyanın ticarət naziri Kris Brayant bu qərarla bağlı üzr istəmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş