Rusiya tərəfi: Kostantinovkada Ukrayna ordusu itkilər verib

1 Min Read

Rusiya qüvvələri Donetsk Xalq Respublikasının Kostantinovka şəhərində son 24 saat ərzində Ukrayna silahlı qüvvələrinə ciddi itkilər yetirib.

İzmedia.az xəbər verir ki, bu hərbi ekspert Vitaly Kiselyov TASS-a açıqlamasında bildirib

Onun sözlərinə görə, bir sutka ərzində 150-dən çox ukraynalı hərbçi həlak olub, təxminən 37 nəfərin vəziyyəti ağırdır, həmçinin digər yaralılar da var. Kiselev iddia edib ki, Ukrayna tərəfinin yaralıları təxliyə etməsi çətin və gecikmiş şəkildə həyata keçirilir.

Ekspert daha əvvəl agentliyə bildirib ki, Ukrayna qüvvələri Kostantinovka yaxınlığında əks-hücum cəhdləri edir. Lakin onun sözlərinə görə, palçıqlı yollar səbəbindən texnika və canlı qüvvənin hərəkəti çətinləşir.

Qeyd olunan məlumatlarla bağlı Ukrayna tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş